
Amputant futbolçular arasında Millətlər Liqası bu il Azərbaycanda keçiriləcək.
Sportinfo.az xəbər verir ki, turnir oktyabrın 16-20-də baş tutacaq.
Azərbaycan komandası C Liqasında mübarizə aparacaq.
Yığmamızın rəqibləri Belçika, Niderland, İsrail və Ukrayna komandaları olacaqlar.