“Qarabağ” xərcə düşdü, formada qüsur tapıldı, oyun gec başladı, 6 oturacaq sındırıldı

1 Aprel 13:20 Hadisə 772
“Qarabağ” xərcə düşdü, formada qüsur tapıldı, oyun gec başladı, 6 oturacaq sındırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəvər verir ki, iclasda Premyer Liqanın 28-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

"Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam təmsilçisi 1500 manat cərimə edilib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi”də 6 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Naxçıvan klubunun futbolçusunun formasında qüsur olması səbəbindən oyun gec başladığı üçün “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilib.

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Kəpəz” tərəfindən ödənilməsi qərara alınıb.

Digər Xəbərlər
Xəbər Lenti