
Cüdo üzrə olimpiya və dünya mükafatçısı, DİN İdman Cəmiyyətinin sədri, polkovnik-leytenant Mövlud Mirəliyevə daha bir vəzifə verilib.
Sportinfo.az prosport.az-a istinadən xəbər verir ki, 51 yaşlı sabiq idmançı Xüsusi Olimpiya Komitəsinin prezidenti təyin olunub.
O bu vəzifədə Rövşən Məmmədovu əvəzləyib.
Martın 7-də Xüsusi Olimpiya Komitəsinin sədri (baş idarəedici) Şahin Əliyev yaşı ilə əlaqədar olaraq vəzifəsindən ayrılıb. Onun yerinə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov seçilib.