
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Elşən Qəmbərov 16 ildir Nyu-Yorkda yaşayır.
Sportinfo.az xəbər verir ki, ABŞ vətəndaşlığına malik 52 yaşlı keçmiş futbolçu hazırda Nyu-Yorkda uşaq futbol məktəbində məşqçi kimi çalışır.
Bakıya səfəri zamanı futbol azarkeşlərindən biri onu tanıyaraq videoya çəkib. Hazırkı fəaliyyəti barədə məlumat verən Qəmbərov Azərbaycan futbolu ilə bağlı arzusunu da dilə gətirib.
Qəmbərov 1998-2004-cü illərdə 12 oyunda Azərbaycan millisinin formasını geyinib, Rusiya, Özbəkistan və Qazaxıstan çempionatlarında legioner həyatı yaşayıb.