Juninyo: “Bu, mənim səhvim idi, etməməli idim” - VİDEO

31 Mart 18:10 Hadisə 3 723
Juninyo: “Bu, mənim səhvim idi, etməməli idim” - VİDEO

Braziliya A seriyasında yeni mövsümə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk turun matçında “Flamenqo” “Marakana” stadionunda “İnter”i qəbul edib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Qolları B.Enrike (34, “İnter”) və L.Pereyra (54, “Flamenqo”) vurublar.

“Flamenqo”da çıxış edən “Qarabağ”ın sabiq hücumçusu Juninyo əsas heyətdə yer alıb. O, 89-cu dəqiqədə Qonsalveslə əvəzlənib.

28 yaşlı hücumçunun bir neçə qol imkanı olub. Xüsusən 12-ci dəqiqədə o, qapıçı ilə təkbətək çıxsa da, yazfaizli imkanı dəyərləndirə bilməyib.

Onun zərbəsindən sonra top qapı dirəyinə dəyib. Beləliklə, A seriyasındakı debüt matçında eks “Qarabağ”lı fərqlənmək imkanını qaçırıb.

Martçdan sonra Juninyo jurnalistlərə verdiyi açıqlamada həmin epizod haqda danışarkən özünü tənqid edib.

“Fikirləşdim ki, top dirəyə dəyib qapıya daxil olacaq. Qapıçının mövqeyinə görə.

Bu, mənim səhvim idi. Etməməli idim. Amma futbolda belə şeylər olur” - deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 02:30 Bu liqada 2:5 günü