Belarus saytı “şəlpəqulaq”la bağlı səhv etdi, “Sportinfo” məktub yazdı, həll olundu

31 Mart 19:00 Hadisə 435
Belarus saytı “şəlpəqulaq”la bağlı səhv etdi, “Sportinfo” məktub yazdı, həll olundu

Azərbaycan millisinin Belarus seçməsinə məğlubiyyəti (0:2) Belarusda böyük sevinclə qarşılaşıb.

Sevimli komandalarının Novruz bayramı günlərində iki müsəlman ölkəsində, öncə Tacikistanda, ardınca Azərbaycanda qalib gəlməsi Karlos Alosun rəhbərlik etdiyi kollektiv haqda yüksək fikirlərin formalaşmasına səbəb olub.

Belarusun ünlü pressball.by saytı keçirilən yoldaşlıq görüşlərinə xüsusi diqqət ayırıb ki, həmkarlarımız matçdan əvvəl və sonra müxtəlif yazılar hazırlayıb.

Həmin materiallardan biri azərbaycanlı futbolsevərlərin Belarusa yenilgidən sonra sosial şəbəkələrdə yazdıqları diqqətçəkən şərhləri bir yerə toplayıb, oxuculara çatdırmaq olub.

Və bu yerdə kobud səhvə yol verilib (yəqin ki, istəmədən olub).

Azər Mənsimov adlı sosial şəbəkə istifadəçisi ardıcıl yenilgilərə bu cür reaksiya verib:

“Dünya çempionatının seçmə mərhələsində bizim şəlpəqulaqlar şou göstərəcək. Striptiz-şou”.

Azarkeş “şəlpəqulaqlar“ sözünü heç şübhəsiz bacarıqsız futbolçuların ünvanına işlədib.

Belarus saytı isə cümləni bu formada tərcümə edib:

“В отборочных матчах чемпионата мира наши девочки устроят шоу. Стриптиз-шоу” (Dünya çempionatının seçmə mərhələsində bizim qızlar şou göstərəcək. Striptiz-şou).

Göründüyü kimi, tərcümə zamanı çox ciddi səhvə yol verilib. Azarkeşin futbolçular barədə yazdığını Belarusdan olan həmkarlarımız azərbaycanlı qızların adına aid edərək həmin sitatı yazının manşetinə çıxarıb və həmin xəbəri 3 minə yazın adam oxuyub.

Kobud səhvin aradan qaldırıması üçün qarşı tərəfə müraciət ünvanladıq. Çox keçmədən problem həllini tapdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 02:30 Bu liqada 2:5 günü