“Qarabağ”ın sabiq hücumçusu elə qol fürsətini qaçırdı ki... VİDEO

31 Mart 00:40 Hadisə 986
“Qarabağ”ın sabiq hücumçusu elə qol fürsətini qaçırdı ki... VİDEO

Braziliya A seriyasında yeni mövsümə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk turun matçında “Flamenqo” “Marakana” stadionunda “İnter”i qəbul edib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Qolları B.Enrike (34, “İnter”) və L.Pereyra (54, “Flamenqo”) vurublar.

“Flamenqo”da çıxış edən “Qarabağ”ın sabiq hücumçusu Juninyo əsas heyətdə yer alıb. O, 89-cu dəqiqədə Qonsalveslə əvəzlənib.

28 yaşlı hücumçunun bir neçə qol imkanı olub. Xüsusən 12-ci dəqiqədə o, qapıçı ilə təkbətək çıxsa da, yazfaizli imkanı dəyərləndirə bilməyib.

Onun zərbəsindən sonra top qapı dirəyinə dəyib. Beləliklə, A seriyasındakı debüt matçında eks “Qarabağ”lı fərqlənmək imkanını qaçırıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO