AFFA rəhbərliyi Gəncə və Mingəçevirə niyə getdi? - FOTOLAR

30 Mart 09:00 Hadisə 622
AFFA rəhbərliyi Gəncə və Mingəçevirə niyə getdi? - FOTOLAR

AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev və Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev bu gün Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçiriblər.

Sportinfo.az xəbər verir bu barədə qurumun mətbuat xidməti məlumat yayəb.

Onlar əvvəlcə FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyasına, həmçinin orada salınmış iki təbii və bir süni örtüklü meydançaya baxış keçiriblər.

Klubun İdarə Heyətinin sədri İlqar Nadiri akademiyada yaradılan şəraitlə bağlı məlumat verib.

AFFA rəsmiləri, eləcə də, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda yaradılan şəraitlə tanış olublar. “Mingəçevir” klubunun nümayəndələri stadiondakı son durumla bağlı qonaqları məlumatlandırıblar.

AFFA rəhbərliyi Yevlax şəhər stadionunun durumu ilə də tanış olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO