
Qəbələdə Vətən müharibəsi qazisi vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, rayonun Aydınqışlaq kənd sakini, Vətən müharibəsi iştirakçısı Qasımov Nurlan Gündüz oğlu “Veqener qranulomatozu” (Xəstəlik nekrotik vaskulit olub yuxarı tənəffüs yollarının, ağciyərlərin və böyrəklərin kiçik damarlarını zədələyir) xəstəliyindən dünyasını dəyişib.
N.Qasımovun atası bir ay əvvəl oğlunun səhhəti ilə bağlı yardım istəmişdi.