AFFA rəhbərliyi Premyer Liqaya iddialı rayon klubuna baxış keçirdi - FOTOLAR

30 Mart 00:40 Hadisə 865
AFFA rəhbərliyi Premyer Liqaya iddialı rayon klubuna baxış keçirdi - FOTOLAR

Yevlaxda futbol obyektlərinə baxış keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev Yevlax şəhər stadionu, stadionun ərazisində tikilmiş baza, həmçinin “Karvan”ın əvvəlki bazası, məşq meydançaları ilə tanış olublar.

“Karvan” klubunun nümayəndələri stadionun durumu, eləcə də, bazada görülən işlər barəsində onlara məlumat veriblər.

Yevlax şəhər stadionunun ərazisində tikilən iki mərtəbədən ibarət yeni bazada 29 otaq mövcuddur. Bundan başqa, bazada inzibati otaqlar, konfrans və trenajor zalı vardır.



















Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO