Həvəskarlar Liqasının komandaları oyuna hakimsiz çıxdı

29 Mart 10:15 Hadisə 358
Həvəskarlar Liqasının komandaları oyuna hakimsiz çıxdı

Niderland Həvəskarlar Liqasının komandaları - “SV Brandevoort” və “SV De Braak” Helmondda hakimsiz matç keçiriblər.

Sportinfo.az xəbər verir ki, hakimsiz baş tutan oyunda futbolçular qaydalara əməl edib.

İlk qayda pozuntusu 17-ci dəqiqədə aradan qaldırılıb. Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

“De Braak”ın kapitanı Larbi Kerkaze oyundan sonra hakimsiz futbol oynamağın çətin olduğunu bildirib:

“Matçda müəyyən məqamlar olur ki, hakimə ehtiyacınız olur.

Bu layihəni həyata keçirməyimiz xoşuma gəlir, amma bu, məşq matçı olması və komandaların bir-birini tanımasıdır. Proqramda vacib matç olanda hakim həlledici rol oynayır”.

Məlumata görə, təcrübə hakim-oyunçu gərginliyini azaltmaq və ədalətli oyun ruhunu gücləndirmək məqsədi daşıyıb.

Digər Xəbərlər
Xəbər Lenti