
“Sevilya” yarımmüdafiəçi Susonun karyerasında əsas klubdur.
O, La Liqa komandasında 6 mövsümdə 166 oyun keçirib.
Sportinfo.az xəbər verir ki, bir müddət sonra onu "Sevilya"nın əfsanəsi adlandırmaq mümkün olacaq.
Əndəlüslərlə iki dəfə Avropa Liqasının qalibi olması belə deməyə əsas verir.
Bilirmisiz ki, Ramon Sançes Pisxuan stadionunda Susonu ən çox kim dəstəkləyir? Həyat yoldaşı Alisa Rodrigez.
Cütlük 2013-cü ildən birlikdədir. Alisa Almeriyada anadan olub. Suso isə tanış olduqları mövsüm icarə əsasında sözügedən şəhərin eyniadlı komandasında oynayırdı. O, gələcək həyat yoldaşı ilə tanış olanda onun 19 yaşı var idi.
2018-ci ildə cütlük valideyn oldu. Suso ilk övladına Alessio adını verdi. 2 il sonra Bianka adlı qızları da dünya gəldi.
Alisa həyat yoldaşına dəstək olmaq üçün "Sevilya"nın bütün ev matçlarına gedir. O, Susonun çıxış etdiyi bütün klublarda bunu edib.
Ona görə də mütəmadi olaraq "Enfild Roud", "San Siro", və "Luici Ferraris" kimi stadionlarda görünüb.
Üstəlik, ispaniyalı qadın və uşaqları Susonun Avropa Liqasındakı zəfərlərində də onun yanında olublar.