Çempion xanım basketbol oynayarkən başına iş gəldi

29 Mart 03:20 Hadisə 523
Çempion xanım basketbol oynayarkən başına iş gəldi

Olimpiya Oyunlarının dəfərlərlə mükafatçısı, dünya və Avropa çempionu Mariya Stadnik basketbol oynayarkən zədələnib.

Sportinfo.az xəbər verir ki, idman.biz-ə açıqlamasında bu barədə o, özü məlumat verib.

Veteran idmançı karyerasını başa vurmasına baxmayaraq, hələ də fəal məşqlərə davam edir. O, qızlardan ibarət yığmanın üzvlərinin hazırlığı zamanı zədə aldığını bildirib:

"Hər gün qızlarla idman zalında oluram. Düzdür, indi məşq etmirəm, çünki bu yaxınlarda qızlarla basketbol oynayarkən zədələndim.

Bununla belə, məşq edirəm və sağlam həyat tərzindən yayınmaq fikrində deyiləm. İmkan daxilində özüm məşq etməklə yanaşı qızlarımıza kömək edirəm”.

Azərbaycan Güləş Federasiyasında qadın güləşi üzrə koordinatoru bu ilin aprelində 15 və 17 yaşadək idmançılar arasında Azərbaycan çempionatı keçiriləcəyini deyib.

Yarışın qalibləri ölkəmizi beynəlxalq arenada təmsil etmək hüququ qazanacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti