Məşhur xizəkçinin öldüyü hoteldəki yanğına görə 5 nəfər saxlanıldı - FOTO

29 Mart 00:10 Hadisə 200
Məşhur xizəkçinin öldüyü hoteldəki yanğına görə 5 nəfər saxlanıldı - FOTO

Məlum olduğu kimi, ötən gün Türkiyənin Bursa şəhərinin Uludağ bölgəsində yerləşən hoteldə yanğın hadisəsi olub.

Sportinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı hotel rəhbəri ilə birlikdə 5 nəfər saxlanılıb.

Yanğında Türkiyə Xizək və Snoubord Müəllimləri Dərnəyinin prezidenti və keçmiş milli xizəkçi Yəhya Usta, həyat yoldaşı Fikriyə və oğlu milli xizəkçi Berkin Usta tüstüdən zəhərlənib.

Hoteldən huşsuz vəziyyətdə çıxarılan Usta ailəsinin üzvləri Yəhya Usta və oğlu Berkini xilas etmək mümkün olmayıb.

Yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda “Grand Kartal” hotelində də yanğın baş verib.

Yanğında ümumilikdə 78 nəfər həlak olub. Baş verən faciədən sonra Türkiyə hotellərində yoxlamalar aparılmağa başlanılıb.

Fotoda: “Grand Kartal” hoteli

Digər Xəbərlər
Xəbər Lenti