"Neftçi"dən qovulan baş məşqçinin “paxır”ını açdı: Onları incidib, söyüb, pul varsa...

27 Mart 14:25 Hadisə 1 751
"Neftçi"dən qovulan baş məşqçinin “paxır”ını açdı: Onları incidib, söyüb, pul varsa...

Ukraynalı qapıçı Oleksiy Şevçenko Roman Qriqorçuk barədə həqiqətləri ortaya çıxarıb.

Sportinfo.az xəbər verir ki, hazırda "Okjetpes"də (Qazaxıstan) çıxış edən 33 yaşlı kiper vaxtilə onun rəhbərliyi altında Odessa "Çernomorets"ində forma geyinib.

Oleksiy Şevçenko "Neftçi"nin sabiq baş məşqçisini sərt tənqid edib:

"Çernomorets"də yaxşı heç nə görmədim. Sanki 15 il əvvələ qayıtmışdım. Bu, dəhşətli idi. "Şaxtyor"dan sonra şoka düşmüşdüm. Qriqorçuk haqqında bir yaxşı insan kimi nəsə deyə bilmərəm. Onun təkcə mənə yox, bütün oyunçulara münasibəti pis idi. Qriqorçukun futboldan anlayışı olduğuna şübhəm var. O, futbol oynayıb ki?"

Futbolçunun sözlərinə görə, R.Qriqorçuk adətən güclü maliyyə dayaqlarına malik klublarda çalışmağa üstünlük verir:

"Çernomorets"də işləyəndə komandanın çiçəklənmə dövrü idi. Futbolçular onsuz da qələbə qazana bilərdilər. Qazaxıstanın "Astana" klubunda işləyəndə isə Qriqorçuka ehtiyac yaranmadı, komanda baş məşqçisiz çempion oldu. Yaxşı məşqçi olsaydı, onu "Astana"da saxlayardılar. Qriqorçuk harda yaxşı pul varsa, orda işləyir"

O.Şevçenko məşqçinin xarakterində problem olduğunu söyləyib:

"Qriqorçuk diktatordur. Valdimir Putin kimi ikonanın qarşısında diz çökür, dua edir. Onun danışıq tərzi də Kreml diktatorunku ilə eynidir. Həmişə Allahı xatırladır. Deyir ki, futbol mənim ürəyimdədir. Daima təhqiramiz sözlər işlədir, futbolçuları incidir. Hətta bəzi nəzəri iclaslardan sonra bir neçə futbolçunu ağlatmışdı da. Hər dəfə məğlubiyyətə görə günahkar axtarır. Belə bir şey yoxdur ki, desin, "uduzduq, hər şeyi unuduruq, növbəti oyuna hazırlaşırıq". O, məğlubiyyətdən sonra 1-2 futbolçu tapır və bütün günahları onların üzərinə yıxır".

R.Qriqorçuk 2024-cü il iyunun sonlarında "Neftçi"yə gəlib, elə həmin ilin oktyabrında komandadan göndərilib.

O, karyerası ərzində Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ” (2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb.//Offsideplus.az

Digər Xəbərlər
Xəbər Lenti