
Samuxda 3.6 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanlar saat 17:09-da qeydə alınıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gəncə stansiyasından 36 km şimal-şərqdə, Samux rayonunda (Mingəçevir su anbarı) yeraltı təkan qeydə alınıb.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.