
"Sakaryaspor" Türkiyədə I Liqanın 30-cu həftəsində evdə "Yeni Malatyaspor"u 5:0 hesabı ilə udduqdan sonra stadionda maraqlı anlar yaşanıb.
Sportinfo.az xəbər verir ki, "Sakaryaspor"un futbolçusu Alpaslan Dəmir meydanın mərkəzində sevgilisinin qarşısında diz çökərək, ona evlilik təklifi edib.
Sevgilisindən "bəli" cavabını alan Alpaslan Dəmir çox sevinib. Komanda yoldaşları və tribunada olan “Sakaryaspor” azarkeşləri də həmin anlarda onları dəstəkləyib.