
DÇ-2026-nın seçmə mərhələsində 2-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın futbolçuları Marko Yankoviçlə Marko Veşoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun çıxış etdiyi Monteneqro millisi öz meydannda Farer adaları ilə qarşılaşıb.
Start heyətdə meydana çıxan Yankoviçlə Veşoviç hər ikisi 70-ci dəqiqədə əvəzlənib. Edvin Kuç isə 46-cı dəqiqədə meydana daxil olub.
O, 90+6-cı dəqiqədə vurduğu qolla komandasına vacib qələbə qazandırıb - 1:0.
İlk turda Cəbəllütariqə qalib gələn (3:1) Monteneqro 6 xalla qrupda 2-cidir. Eyni xal olan Çexiya liderdir.