
Amerikalı bloqqer və boksçu Ceyk Pol niderlandlı konkisürən Cutta Leerdama evllik təklif etdiyi zaman təqdim etdiyin üzüyün dəyəri məlum olub.
Sportinfo.az xəbər verir ki, nişan üzüyü Pola 1 milyon dollara başa gəlib.
Zərgər Laura Teylor üzük barədə “İndependent”ə danışıb:
“Cuttanın üzüyünün ortasında iki aypara formalı brilyantla əhatə olunmuş böyük, uzunsov oval kəsilmiş brilyant var.
Bu daşlardan üçü cütlüklər üçün məşhur seçimdir. Çünki onlar keçmişin, indinin və gələcəyin birləşməsini simvollaşdırır. Bu onu göstərir ki, Ceyk təklifi üzərində çox düşünüb.
Ortadakı almaz təxminən 8 karat ağırlığında görünür, lakin yan daşları və brilyantla bəzədilmiş çiyinləri daxil etdikdə üzüyün ümumi çəkisi 10 karatdan çox ola bilər.
Brilyantların yüksək keyfiyyətli, əla aydınlıq və rəngdə olduğunu fərz etsək, mən bu üzüyün dəyərini 700.000 dollardan çox, brilyantlar təbiidirsə, bəlkə də 1 milyon dollardan çox qiymətləndirirəm”.
26 yaşlı Leerdam altıqat dünya çempionu və 2022-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.