
Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya yığması ilə oyununda vinger Mikael Olissenin çıxışını şərh edib.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis, Olisse ilə çox xoşbəxt olduğunu bildirib:
“Olisse əla idi, mən onunla çox xoşbəxtəm. O, ilk vaxtlar çətin anlar yaşadı, ancaq əla oyunçudur və bu oyun onun üçün yaxşı olacaq”.
“Bayern”də forma geyinən 23 yaşlı oyunçu 53-cü dəqiqədə hesabı açıb. Bu, onun milli karyerasında ilk qolu olub.
Matçın sonlarında da məhz Olissenin ötürməsi ilə Osman Dembele fərqi ikiyə çatdırıb və oyunu əlavə vaxta daşıyıb (ümumi 2:2).
Penaltilər seriyasında daha dəqiq (5:4) olan fransalılar növbəti mərhələyə vəsiqəni təmin ediblər.
Fransa millisi yarımfinalda İspaniya yığması ilə qarşılaşacaq.