
Məşhur cütlük Bruklin Bekhem və Nikola Peltz yeni fotoları ilə gündəmə gəliblər.
Sportinfo.az xəbər verir ki, 3 ildir evli olan Bruklinlə Nikola sahildə at sürərək fotosessiya etdirib.
Sahildə lentə alınan fotolarını sosial şəbəkə hesablarında paylaşan cütlük eyni tərzdə geyimləri ilə də diqqət çəkiblər.
Fotoları “Bu günü heç vaxt unutmayacağıq” qeydi müşayiət edib.
Keçmiş ulduz futbolçu Devid Bekhem və müğənni Viktoriya Bekhemin 26 yaşlı oğlu Bruklin 2022-ci ildə 30 yaşlı model Nikola ilə ailə qurub.