
Keçmiş UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə olub.
Sportinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp onları Oval kabinetdə qəbul edib.
Makqreqor administrasiyanın digər üzvləri ilə də görüşüb və hazırkı İrlandiya hökumətini tənqid edib.
36 yaşlı idmançının MMA üzrə 22 qələbə və 6 məğlubiyyəti var. Konor iki dəfə UFC çempionluq kəmərinə sahib olub. Onun son döyüşü 2021-ci ilin iyulunda baş tutub.
Konorun həyat yoldaşı Di Devlindən Konor Junior, Kroya, Rayan və Mak adlı dörd övladı var.