Erməni generaldan İlham Əliyev və Azərbaycanla bağlı etiraf

24 Mart 07:50 Hadisə 435
Erməni generaldan İlham Əliyev və Azərbaycanla bağlı etiraf

"Reallıq var, Azərbaycan hər cəhətdən Ermənistandan güclüdür, bu gün o tərəfə asqırmaq belə mümkün deyil".

Bunu Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan deyib.

General Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsini beynəlxalq arenada güclü oyunçuya çevirdiyini də etiraf edib.

“Ərdoğanın dövründə Türkiyənin beynəlxalq uğurlarını sadalamaq istəmirəm. Türkiyənin statusu bir neçə pillə yüksəlib və bu gün bunlar nəzərə alınır. Eyni şey Əliyevə də aiddir. Sovet Azərbaycanı demək olar ki, silah istehsal etmirdi. Ancaq bu gün onların hərbi-sənaye kompleksi regionun ən yaxşılarından biridir. Mən hələ neft-qaz sənayesinin inkişafını, Azərbaycan xalqının təhsil səviyyəsini, sosial təminatını demirəm. Reallıq belədir”, - Karapetyan bildirib.

Erməni general maraqlı bir söz də işlədib:

“Bu gün Ermənistandan Azərbaycana tərəf asqırmaq belə mümkün deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
March
2025
SunMonTueWedThuFriSat