
“Axı, mən niyə eləmədiyim bir iş üçün cəza almalıyam?”.
Sportinfo.az xəbər verir ki, bunu idman.biz-ə Ağcabədinin “Olimpiya” klubunun rəsmisi Orxan Əliyev deyib.
Məşqçi AFFA-nın İntizam Komitəsinin ona verdiyi cəzaya münasibət bildirib:
“Bu qərarla razı deyiləm. Yüz faiz Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına şikayət verəcəm.
Həmin liqanın müəllimi olmadığım halda haqqımda belə bir qərar verilib”.
AFFA-nın İntizam Komitəsinin iclasında U-13 və U-14 Liqalarında çıxış edən Ağcabədi komandaları ilə bağlı qərar verib.
“Olimpiya” klubunun rəsmisi Orxan Əliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.