
Amerikalı boks əfsanəsi Corc Forman 76 yaşında vəfat edib.
Sportinfo.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Bildirilib ki, Corc Forman ötən gün ABŞ-nin Hyuston şəhərində dünyasını dəyişib.
Corc Forman 1994-cü ildə 45 yaşında Maykl Mureri məğlub edərək ən yaşlı ağırçəkili çempion adını qazanıb. 1968-ci ildə isə Meksikada keçirilən Yay Olimpiya Oyunlarında qızıl medala yiyələnib.
Corc Forman 1974-cü ildə əfsanəvi Məhəmməd Əli ilə qarşılaşıb və həmin döyüşdə karyerasının ilk məğlubiyyətini yaşayıb.