Saxtakarlıq etdilər - AFFA bu komandanı liqadan uzaqlaşdırdı

23 Mart 08:30 Hadisə 995
Saxtakarlıq etdilər - AFFA bu komandanı liqadan uzaqlaşdırdı

AFFA “Hindarx”ın (Ağcabədi) U-13 və U-14 Liqalarında çıxış edən komandalarını yarışlardan kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, buna komandaların heyətlərində lisenziyası saxtalaşdırılmış futbolçuların aşkar edilməsi səbəb olub.

Həmin futbolçuların 2024/2025 mövsümündə meydana çıxdığı bütün oyunlarda komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa, “Hindarx” komandasının rəsmisi Samiq Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti