“Mən ona həmişə deyirəm ki, evlənərik”

23 Mart 02:40 Hadisə 489
“Mən ona həmişə deyirəm ki, evlənərik”

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges evlənməmələrinin səbəbləri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, “Mən – Corcina” adlı realiti-şouda bildirib:

“Mənim dostlarım həmişə toy barədə zarafat edərək soruşurlar: “Toy nə vaxt olacaq?”.

Cenifer Lopezin “Üzük” adlı mahnısı çıxandan bəri mənə bunu oxuyurlar (həmin mahnının nəqarətində belə bir ifadə var: “Bəs üzük nə vaxt taxılacaq?” ). Amma hər şey məndən asılı deyil”.

Ronaldo isə bu məsələ ilə bağlı belə bir açıqlama verib:

“Mən ona həmişə deyirəm ki, evlənərik. O, nə demək istədiyimi yaxşı bilir.

Bu, bir ildən sonra da ola bilər, yarım ildən sonra da, hətta bir aydan sonra da. Amma mən 100 faiz əminəm ki, bu baş verəcək”.

Portuqaliyalı futbolçu ilə Corcina 2016-cı ildən birgə münasibətdədirlə

Digər Xəbərlər
Xəbər Lenti