
Gəncə şəhər sakini Ukraynanın Luqansk şəhərində qətlə yetirilib.
Sportinfo.az xəbər verir ki, Ceyhun Salamov çalışdığı kafedə bıçaqlanaraq öldürülüb.
Onun qətlində bir neçə nəfərin iştirak etdiyi bildirilir.
Ceyhun Salamov vaxtilə boks üzrə SSRİ çempionu olub. O, kikboksinq üzrə əməkdar məşqçi, dəfələrlə dünya çempionu Elnur Salamovun qardaşıdır.