SOCAR-da görüş: “Neftçi”nin sədri komandanı qəbul etdi - FOTOLAR

21 Mart 15:40 Hadisə 863
SOCAR-da görüş: “Neftçi”nin sədri komandanı qəbul etdi - FOTOLAR

SOCAR-ın baş ofisində Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” şirkətlərarası xeyriyyə minifutbol turnirinin qalibi olmuş SOCAR komandası ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə SOCAR-ın Aparat rəhbəri, “Neftçi” İdman Klubu İdarə Heyətinin sədri Hafiz Zeynalov neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşlarının idmana cəlb olunması, habelə onlar arasında müxtəlif idman növləri üzrə yarışların keçirilməsində və bu istiqamətdə SOCAR yığma komandasının formalaşmasında “Neftçi” İdman Klubunun böyük rol oynadığını bildirib və qələbə münasibətilə bütün komanda üzvlərini təbrik edib.

Hafiz Zeynalov, həmçinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən üçüncü minifutbol turnirində uğurlu çıxışını davam etdirən SOCAR komandasına qarşıdakı məsul oyunlarda müvəffəqiyyətlər arzu edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi