
İntizam Komitəsinin iclasında bir neçə komandaya texniki məğlubiyyət verilib.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumat AFFA-nın saytında yayılıb.
AFFA Region Liqasında keçirilən Ərgünəş (Füzuli) – Ümid (Saatlı) oyununda Ərgünəş (Füzuli) komandasının heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA Region Liqasında keçirilən Sabirabad FK-Mil FK oyununda Sabirabad FK komandasının heyətində başqa komandanın futbolçusu meydana çıxdığına görə Sabirabad FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-14 Liqasında keçirilməli olan Baku Sporting FK - Zəngəzur FK oyununun Zəngəzur FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Zəngəzur FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-13 Liqasında keçirilməli olan Uğur (Mingəçevir) - Qala (Bərdə) oyunu Uğur (Mingəçevir) komandası təyin edilən vaxtda gəlmədiyi üçün baş tutmadığına görə Uğur (Mingəçevir) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Uğur (Mingəçevir) komandası yarışlardan kənarlaşdırılıb.
AFFA U-14 Liqasında keçirilməli olan Mil (Beyləqan) - Çinar (Göyçay) oyunu Çinar (Göyçay) komandası təyin edilən vaxtda gəlmədiyi üçün baş tutmadığına görə Çinar (Göyçay) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-12 Liqasında keçirilən Qartal FK - Gənclər PFM oyununda Qartal FK komandasının heyətində lisenziyası olmayan futbolçu aşkar edildiyinə görə Qartal FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-13 Qızlar Liqasının Xan Lənkəran FK - Sumqayıt PFK oyununda Xan Lənkəran komandası protokolda adı olmayan oyunçu oynatdığına görə Xan Lənkəran komandasına texniki məğlubiyyət verilib.
AFFA Yüksək Qızlar Liqasının Baku Juniors - Sumqayıt FK oyunu Baku Juniors komandası oyuna protokolu (heyəti) təqdim etmədiyinə görə baş tutmadığı üçün Baku Juniors komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.