Üç rəqibdən biri millimizdir

21 Mart 03:30 Hadisə 211
Üç rəqibdən biri millimizdir

Moldovanın U-21 yığma komandası Antalyada (Türkiyə) Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hazırlıqlarına başlayıb.

Sportinfo.az MFF-yə istinadən xəbər verir ki, Sergey Çebotarın rəhbərlik etdiyi kollektiv artıq Türkiyədədir və onları üç yoldaşlıq oyunu gözləyir.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivlə görüşdən əvvəl moldovalılar Şimali İrlandiya ilə qarşılaşacaq. Həmin matç sabah keçiriləcək.

Azərbaycan - Moldova oyunu isə martın 22-də baş tutacaq və oyuna saat 21:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi