Mahirin etdiyi bu hərəkət Almaniyada müzakirəyə səbəb oldu - FOTO

21 Mart 01:00 Hadisə 222
Mahirin etdiyi bu hərəkət Almaniyada müzakirəyə səbəb oldu - FOTO

Almaniyanın “Bild” qəzeti “Nürnberq”də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı iddia irəli sürüb.

Sportinfo.az xəbər verir ki, nəşr 27 yaşlı hücumçunun II Bundesliqanın 26-cı turunda evdə “Qroyter”ə (3:0) qalib gəldikləri oyundan sonra komanda ilə birlikdə qələbəni qeyd etmədiyini yazıb.

Nəşr bunu azərbaycanlı futbolçu tərəfindən eqoist hərəkət kimi dəyərləndirib.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze məsələ ilə bağlı qəzetə deyib ki, azərbaycanlı futbolçunun milliyə yollanması ilə bağlı vaxt azlığı olub:

“O, oyundan dərhal sonra hamı ilə sağollaşdı. Bu, əvvəlcədən razılaşdırılmışdı.

Mahir Münhendən uçurdu və stadiondan nə qədər tez çıxa biləcəyini bilmirdi. Çünki stadion dolu idi”.

Nəşr forvardın “Maqdeburq”u məğlub etdikləri (4:3) görüşdə də eyni hərəkəti etdiyini vurğulayıb.

Mahir Emreli “Qroyter”lə oyunda 82-ci dəqiqəsində meydana daxil olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi