Almaniyanın məşhur qəzeti Mahiri İTTİHAM ETDİ! “O, oyundan dərhal sonra...”

20 Mart 13:35 Hadisə 321
Almaniyanın məşhur qəzeti Mahiri İTTİHAM ETDİ!  “O, oyundan dərhal sonra...”

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli növbəti hərəkəti ilə Allmaniya mətbuatının gündəminə düşüb.

Martın 16-da keçirilən 2-ci bundesliqanın 26-cı turun matçında Mahirin komandası “Nürnberq” öz meydsnında “Qroyter”i qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb.

“Bild” qəzeti yazır ki, Emreli matçdan sonra sona qədər komanda yoldaşları ilə qalaraq qələbəni tribunaya toplaşan fanatlarla qeyd etməyib.

Nəşr bunu azərbaycanlı futbolçu tərəfindən eqoist hərəkət kimi dəyərləndirib.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze məsələ ilə bağlı qəzetə deyib ki, azərbaycanlı futbolçunun milliyə yollanması ilə bağlı vaxt azlığı olub:

“Mahir oyundan dərhal sonra hamı ilə sağollaşdı. Bu, əvvəlcədən razılaşdırılmışdı.

O, Münhendən uçurdu və stadiondan nə qədər tez çıxa biləcəyini bilmirdi. Çünki stadion dolu idi”.

Digər Xəbərlər
Xəbər Lenti