
“Qarabağ”ın sabiq hücumçusu Olavio Juninyo Braziliyada kubok qazanıb.
Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi “Flamenqo” Rio De Janeyro Kubokunun həlledici oyununda “Fluminense”ni ilə qarşılaşıb.
İlk matçda 2:1 hesablı qələbə qazanan “Flamenqo”, ikinci matçda rəqibi ilə 0:0-lıq heç-heçə edib.
Nəticədə komanda kuboka sahib çıxıb.
Komandalar arasında keçirilən ilk matçda “Flamenqo” 2:1 hesablı qələbə qazanmışdı. Komandaya qalibiyyət gətirən qolu Juninyo vurmuşdu.