
ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyevlə «Neftçi»dən olan həmkarı Samir Abbasov arasındakı fərq açıqlanıb.
Ekspert Emin Abbasov iki mütəxəssisin fərqli özəlliklər daşıdığını bildirib.
Deyib ki, rusiyalı çalışdırıcı ona ünvanlanan suallara sakit cavab verir, hətta mümkün istefayla bağlı danışılanda belə.
Tanınmış teleşərhçi söyləyib ki, Samir Abasov hər zamankı kimi emosionaldır və mövsümün sonunda «Neftçi»dən ayrılması yönündə sorualara həssas yanaşır.
O, «Pro» kateqoriyalı kursların tələblərini «ağ-qaralar»ın sükançısına xatırladıb, qeyd edib ki, Abasov belə suallarla qarşılaşdığı zaman tövrünü pozmamalı, sərt reaksiya göstərməməli, bir sözlə, media ilə ünsiyyətinə diqqətlə yanaşmalıdır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN