“Neftçi”nin eks baş məşqçisini buradan da qovdular!

00:50 Hadisə 111
“Neftçi”nin eks baş məşqçisini buradan da qovdular!

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu yenə istefaya göndərilib. Onun yeni klubda fəaliyyəti heç üç ay da çəkməyib.

Sportinfo.az xəbər verir ki, Rumıniyanın “Petrolul” klubu 46 yaşlı mütəxəssislə yolları ayırdığını açıqlayıb. Mutu ilə 2025/26 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Mutu 2024-cü ilin dekabrın 31-də “Petrolul”a baş məşqçi təyin edilmişdi. Geridə qalan müddət ərzində bu komanda Rumıniya liqasında 9 oyun keçirmiş, 5 dəfə məğlub olmuş, 2 dəfə heç-heçə etmiş və cəmi 2 matçda qələbə qazanmışdı.

Komanda hazırda 30 oyundan 40 xalla 9-cu yeri tutur.

Mutu 2023/24 mövsümündə 5 ay “Neftçi”də işləyib. “Neftçi”dən sonra ÇFR-ə (Rumıniya) baş məşqçi təyin edillən Mutu həmin klubdan 2 ay 10 gün sonra istefaya göndərilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi