Ramos bunu karyerasında 11-ci dəfə yaşadı – “Qırmızı”yanaq

18 Mart 22:00 Hadisə 82
Ramos bunu karyerasında 11-ci dəfə yaşadı – “Qırmızı”yanaq

“Monterrey”də çıxış edən müdafiəçi Serxio Ramos Meksika çempionatının 12-ci turu çərçivəsində keçirilən matçda qırmızı vərəqə alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu meydandan qovulma Ramosun karyerasında 11-ci olub.

İkinci hissəyə əlavə edilmiş vaxtda ispaniyalı rəqib oyunçuya qarşı kobudluq edib və buna görə cəzalandırılıb. Qarşılaşma “Monterrey”in “Pumas” üzərində 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

38 yaşlı müdafiəçi bu mövsüm “Monterrey”in heyətində 5 oyun keçirib və 3 qol vurub. O, bu ilin fevralında bu komandaya keçib və tərəflər arasında dekabrın sonuna qədər olan müqavilə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi