Erməni əsgərin sərhəddəki təxribatının VİDEO görüntüləri yayıldı

07:50 Hadisə 188
Erməni əsgərin sərhəddəki təxribatının VİDEO görüntüləri yayıldı

Erməni əsgərin Azərbaycan hərbçilərinə qarşı etdiyi təxribatın görüntüləri yayılıb.

Caliber.az-ın yaydığı görüntülərdə erməni əsgərin sərhəddə xidməti postunda təxribat törətdiyi, əvəzində isə Azərbaycan hərbçilərinin təmkinli və peşəkar davranışı öz əksini tapıb.

Qeyd olunur ki, erməni hərbçilərinin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əsgərlərinə qarşı təxribat xarakterli addımları Aİ missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu varlığı öz manipulyativ məqsədləri üçün istifadə edir.

“Nəticələrin məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Ermənistanın bu təxribatları ya ordudakı intizamsızlığın göstəricisidir, ya da əvvəlcədən planlaşdırılmış ssenaridir. Hər iki halda, eskalasiyanın əsas səbəbkarı İrəvandır” - məlumatda qeyd olunur.

Digər Xəbərlər
Xəbər Lenti