Tanınmış şərhçinin Tovuzda başına gələnlərə baxın - VİDEO

19 Mart 22:20 Hadisə 298
Tanınmış şərhçinin Tovuzda başına gələnlərə baxın - VİDEO

"CBC Sport"un tanınan şərhçisi Ramiz Mirzəzadə Tovuz şəhər stadionundan paylaşım edib.

Onun izləyiciləri üçün yayımladığı video Premyer Liqanın 27-ci turunun "Kəpəz" - "Qarabağ" görüşünün gedişində çəkilib.

Mirzəzadə bununla günəşli havada oyunu şərh etmək üçün hansı əziyyətə qatlaşdığını əyani göstərmiş olub.

Həqiqətən də şərhçi otağının uğursuz yerdə olması günorta saatlarında keçirilən matçlarda diktorlar üçün əsl cəhənnəm yaşadır.

Belə ki, günəş şuası birbaşa şərhçi otağına tuşlanır.

Belədə meydanı görmək, oyunu şərh etmək müşkülə çevrilir.

Bu durum təkcə şərhçilər üçün problem yaratmır. Onlarla bərabər ekran qarşısında əyləşən izləyicilər də mövcud vəziyyətdən əziyyət çəkir.

Bərbad görüntü səbəbindən nə top normal görünür, nə də top arxasınca qaçan.

2025-ci ildə bizim qarşılaşdığımız problemə baxın da...

XANOĞLAN / SPORTİNFO.AZ

Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
19 Mart 11:20 Kənarda qalma, dostum!