“Qarabağ”dan gedən: 5 dəqiqəyə iki qol pası verdi, sayılmadı, yenə kubok qazandı - VİDEO

17 Mart 23:20 Hadisə 166
“Qarabağ”dan gedən: 5 dəqiqəyə iki qol pası verdi, sayılmadı, yenə kubok qazandı - VİDEO

Bu qış "Qarabağ"dan Olavio Juninyonu transfer edən "Flamenqo" Rio De Janeyro kubokununda həlledici matça çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda "Fluminense" ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Lakin "Flamenqo" finalın ilk matçında 2:1 hesabı ilə qalib gəldiyi üçün çempion olub. "Flamenqo" tarixində 39-cu dəfə Rio De Janeyro kubokunu qazanıb.

Juninyo görüşə ehtiyatda başlayıb və meydana 85-ci dəqiqədə çıxıb. O, 87 və 90-cı dəqiqələrdə 2 qolun ötürməsini verib.

Lakin bu qollar qayda pozuntusuna və oyundankənar vəziyyətə görə ləğv olunub.

Bu, Juninyonun Braziliyada qazandığı ikinci kubokdur. O, daha əvvəl Braziliya Superkubokuna yiyələnib.

Juninyonun məhsuldar ötürməsini verdiyi, qeydə alınmayan qolların videosu:

Digər Xəbərlər
Xəbər Lenti
17 Mart 11:20 Bala-bala...