Juninyo: “Mənə ziyan dəydi, burada bir az əziyyət çəkdim”

13:20 Hadisə 177
Juninyo: “Mənə ziyan dəydi, burada bir az əziyyət çəkdim”

Xəbər verdiyimiz kimi, Braziliyada Karioka Liqasının finalında ilk oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, Rio derbisində “Fluminense” “Flamenqo”nu qəbul edib.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda “Flamenqo”da oynayan “Qarabağ”ın sabiq hücumçusu Juninyo 66-cı dəqiqədə Platanın əvəzinə meydana daxil olub.

Cəmi 10 dəqiqə sonra isə Juninyo qol vurub (komandasının oyunda ikinci və sonuncu qolu). Bu, onun hazırkı klubunda 2-ci qolu olub (7 oyuna).

Juninyo yerli jurnalistlərə açıqlamasında Azərbaycandan Braziliyaya qayıtdından sonra üzləşdiyi çətinlikdən bəhs edib.

“Mən burada (Braziliyada - red.) bir az əziyyət çəkdim. Çünki çox soyuq bir yerdən gəldim.

İndi Rio de Janeyronun bu istisinə dözməli oluram. Bu isə hər şeyi dəyişir.

Yemək, iqlim, saat fərqləri… Və nəticədə mənə ziyan dəydi.

Mövsümöncəsi hazırlıqda da on gün təkbaşına məşq etməli oldum. Heç də asan deyildi.

Amma indi zədədən sonra çalışmaq və heyətdə yer almaq lazımdır”, – deyə Juninyo bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bala-bala...