Dünya futbolunun ulduzu Bakını gəzdi, musiqi alətində ifa etdi - VİDEO

12:40 Hadisə 176
Dünya futbolunun ulduzu Bakını gəzdi, musiqi alətində ifa etdi - VİDEO

Portuqaliya millisi, "Sportinq", "Mançester Yunayted", "Fənərbağça" və "Valensiya"nın sabiq ulduzu Nani Bakını tərk etməzdən əvvəl İçərişəhərdə gəzintidə olub.

tam adı Luiş Karluş Almeyda da Kunya olan Nani Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov və sabiq futbolçu, gürcü bloqer Nuqzar Kvirtia ilə birgə İçərişəhəri gəzib.

Kabo Verde mənşəli Nani İçərişəhərdə həndpan musiqi alətində də ifa etməyə macal tapıb.

Ötən il Portuqaliyanın "İştrela da Amadora" klubunda futbolçu karyerasını başa vurmuş 38 yaşlı Nani bura Azərbaycan Minifutbol Federasiyasının xüsusi dəvəti ilə gəlmişdi.

O, 21 may – 1 iyun tarixlərində Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü üçün Bakıda olub. Nani mundialın 4-cü səbətində yer alan komandaların adlarını səbətdən çıxarıb.

Nani ilk dəfə ölkəmizə 2018-ci ildə Portuqaliyanın "Sportinq" komandası ilə gəlib.

Həmin ilin noyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsində "Sportinq" "Qarabağ"ı 6:1 hesabı ilə darmadağın edib və Nani 33-cü dəqiqədə komandasının 3-cü qolunu vurub (prosport.az).

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bala-bala...