
Millinin və «Qarabağ»ın sabiq hücumçusu Vüqar Nadirov maraqlı addım atıb.
Razırda «Şəmkir»in çükanı arxasında olan mütəxəssis özünə mühafizəçi tutub.
Ötən ilin noyabrında «Haypers»i qərb klubuna dəyişən çalışdırıcı həmin şəxsi də Şəmkirə gətirib.
Mühafizəçi komandanın hər məşqində iştirak edir, onlarla səfər oyunlarına gedir. Ümumiyyətlə, hər yerdə Nadirovun yanındadır və onu müşayiət edir.
Bu şəxsin işi yalnız bundan ibarət deyil. Vüqar Nadirov futbolçuları da bir növ yaxın adamının ümidinə buraxıb.
O, baş məşqçinin xidmətində maraqlı olduğu oyunçularla danışıqlarda da əsas iştirakçıdır.
II Liqada mübarizə aparan «Şəmkir» mövsümün ikinci yarısına əla start verib. Qərb təmsilçisi 2025-ci ilin ilk 3 rəsmi matçında qələbə qazanıb.
Öncə «Haypers»ə Qubada 2:1 hesabıyla qalib gələn şəmkirlilər ardınca «Göygöl» və «Ağdaş»ı 1:0 üstələyib.
Vüqar Nadirovun çalışdırdığı komanda bu uğurlu seriya sayəsində turnir cədvəlində öz mövqeyini xeyli yaxşılaşdırıb.
Xal ehtiyatını 28-ə çatdıran kollektiv hazırda 5-ci pillədə qərarlaşıb. Bir üst sıradakı «Haypers»dən cəmi 3 xal geri qalırlar.
SPORTİNFO.AZ