Tanınmış türkiyəli futbol adamı millimizin oyunçusuna necə güvənir? - VİDEO

17:40 Hadisə 196
Tanınmış türkiyəli futbol adamı millimizin oyunçusuna necə güvənir? - VİDEO

Bugünlərdə Türkiyə Birinci Liqa təmsilçilərindən “Çorum”da yeni baş məşqçi təyinatı gerçəkləşib.

Bu, Türkiyə millisinin və “Fənərbağça”nın sabiq kapitanı Tuncay Şanlıdır.

Coşqun Diniyevin formasını geyindiyi “Çorum”un sükançısı yığmamızın yarımmüdafiəçisi haqda müsbət fikirlər səsləndirib.

“CBC Sport” kanalında yayımlanan “Türkiyədən Futbol” verilişinə açıqlamalar verən Tuncay Şanlı deyib:

“Coşqunla yeni çalışırıq. Onu çox qısa müddət ərzində tanımaq fürsətimiz oldu.

Komandaya ilk gəldiyimizdə ona forma şansı verdik. Bunun səbəbi ondan ibarətdir ki, Coşqun həm təcrübəli, həm də ağıllı oyunçudur.

Eyni zamanda müdafiə olunmada və hücuma çıxışlarda çox yaxşı təsir bağışlayır. Komandada xarakter olaraq çox sevilən futbolçudur.

Hər komandaya lazım olan istedada və keyfiyyətə layiq oyunçudur. İnanırıq ki, komandamıza çox böyük fayda verəcək.

Azərbaycan millisinə və Coşquna uğurlar arzu edirəm”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti