
UFC döyüşçüsü Həbib Nurməhəmmədov “Real” və “Arsenal”ın sabiq futbolçusu Məsut Özillə görüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış idmançı Özillə foto çəkdirib.
O, sosial şəbəkə hesabında paylaşdığı şəkilin altına bunu yazıb:
“Səninlə tanış olmaq çox xoş oldu, mənim türk qardaşım. Əsl futbol əfsanəsi və çox yaxşı insan”.
36 yaşlı Özil Almaniya millisi ilə dünya çempionudur. O, 2023-cü ilin martında futbolçu karyerasını başa vurub.
