
“Liverpul” Çempionlar Liqasının 1/8 final mərhələsində penaltilər seriyasında PSJ-yə məğlub (1-4) olaraq turnirlə vidalaşıb.
Sportinfo.az xəbər verir ki, mersisaydlıların ulduzu Məhəmməd Salah məğlubiyyətlərinə emosional reaksiya verərək göz yaşlarını saxlaya bilməyib.
Misirli hücumçu sözügedən matçda öz penalti zərbəsini dəqiq yerinə yetirib.