
Gecə saatlarında Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Sportinfo.az xəbər verir ki, hadisə saat 02 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.
Belə ki, Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Məmmədov binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Mərhumun qohumu oxu.az-a açıqlamasında Qadirin idmanla məşğul olduğunu və hadisə vaxtı yanında başqa şəxslərin olduğunu deyib.
O bildirib ki, hadisənin şantajla bağlı olması ehtimal edilir: “Qadir özünü atmamışdan əvvəl anasına zəng edərək halallaşıb”.