Şəhidin 95 yaşlı atası vəfat etdi - FOTO

04:40 Hadisə 187
Şəhidin 95 yaşlı atası vəfat etdi - FOTO

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cəlal İslamovun atası vəfat edib.

Şəhidin atası 95 yaşlı Ağahüseyn İslamov yaşadığı Xaçmaz rayonunda dünyasını dəyişib.

Şəhid atası bu gün rayonun Çarxı kəndində dəfn edilib.

2001-ci il təvəllüdlü Cəlal İslamov 7 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub. “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Digər Xəbərlər
Xəbər Lenti