"Adnan Əhmədzadənin üzərinə böyük məsuliyyət düşür" - VİDEO

5 Mart 11:40 Hadisə 546
"Adnan Əhmədzadənin üzərinə böyük məsuliyyət düşür" - VİDEO

"İş adamı Adnan Əhmədzadənin üzərinə böyük məsuliyyət düşür"

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

Azərbaycanda “Barselona”nın futbol akademiyası yaradılacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Barselona”nın prezidenti Xuan Laportanı qəbul edərkən bildirilib.

Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

E.Abbasov ATV kanalında yayımlanan “Futbolumuz“ kanalında bu görüş barədə fikirlərini bildirib.

Tanınmış teleşərhçi “Barselona“nın ölkəmizin futbol sektoruna daxil olmasında Adnan Əhmədzadənin rolundan danışıb, iş adamının qarşı tərəflə münasibətlərinin yeni perspektivlər vəd etdiyini söyləyib.

Ekspert qeyd edib ki, Əhmədzadənin İspaniyanın məşhur klubunun rəhbərliyi ilə sıx münasibətləri var və bu, Azərbaycanda uşaq futbolunun inkişafına təkan verə bilər.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti