Vətən müharibəsinin şəhidlərinin ataları vəfat etdi - FOTO

07:10 Hadisə 155
Vətən müharibəsinin şəhidlərinin ataları vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Kamran Quliyevin atası vəfat edib.

Şəhidin atası Dadaş Quliyev yaşadığı Salyan rayonunda dünyasını dəyişib.

1992-ci il təvəllüdlü Kamran Quliyev 2020-ci ilin oktyabrın 5-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi Xəqani Cəmillinin atası Mənsuz Cəmilov isə Yevlax rayonunda xəstəlik səbəbindən həyatını itirib.

Xəqani Cəmilli də Füzuli döyüşlərində şəhid olub. O, 1 oktyabr 2020-ci ildə həlak olub və ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Fotoda şəhid Kamran Quliyev

Fotoda şəhid Xəqani Cəmilli

Digər Xəbərlər
Xəbər Lenti